Shahrukhu baş rolda olaraq izlədiyim ilk filmdir bu.Kral bu filmdəki rolunu çox mükəmməl,təbii oynayaraq bir aktyor kimi nəyə qadir olduğunu göstərib,məni də ilk dəfə məhz bu filmlə oyunculuğuna heyran edib.Filmin özü də mötəşəmdir,hər zaman müsəlmanların terrorist olaraq göstərildiyi hind filmlərindən fərqli olaraq,bu filmlə terrorçuların dininin olmadığı,müsəlmanların da terrorçu olmadığı çox gözəl bir şəkildə izləyicilərin diqqətinə çatdırılır.Belə möhtəşəm filmi izləyib dəyərləndirmək lazımdır.