Filmi bəyənməyənlər bəlli ki Radhanın həyat yoldaşından çox uşaqlıq dostunun qayğısına qalmağına,ona daha çox zaman ayırmasına sinirlənib.Əslində filmdə bu örnək olaraq göstərilmir.Filmin qayəsi həyat yoldaşlarının bir birinə etibar etməli,hər şeydən şübhə duymamalı olduğunu göstərməkdir.Yəni rejissor demir ki,ərinizdən daha çox dostunuza önəm verin,sadəcə göstərmək istəyir ki,ərlə arvad bir birinə güvənməlidir,hər şeydən şübhə duyaraq,başqalarına göstərilən qayğını qəzəblə,qısqanclıqla qarşılayaraq ailə kimi müqəddəs,dəyərli bir varlığı adi bir qısqanclıq,inamsızlıqdan dolayı məhv etmək olmaz.Çünki Gopal da sonradan yanlış anladığını görüb peşman olur.Sadəcə rejissorun səhvi bundadır ki,Radhanın Gopalı şübhələndirən davranışlarını çox abartılı göstərib,məsələn qadının gecə vaxtı dostuyla telefonda danışması çox yanlış bir şeydir.Bir sözlə,rejissorun çatdırmaq istədiyi fikir yanlış deyil,yanlış bir fikri örnək olaraq göstərmir,sadəcə doğru bir şeyi yanlış şəkildə göstərir.Ona görə də bu qədər izləyici bəyənməyib.Mənə görə də ideya gözəldir,amma kaşki daha doğru şəkildə çatdırılsaydı...Lakin,yenə də filmi izləmək olar.Sona qədər səbirlə izləsəz,filmin vermək istədiyi mesajı düzgün anlasaz görərsiz ki,əslində yaxşı filmdir.